Sabir Rüstəmxanlı: "Azərbaycanın yanğınla bağlı yardıma getməsi qardaş Türkiyə ilə davamlı bir yerdə olacağımızı sübut edir"

Sabir Rüstəmxanlı

© APA | Sabir Rüstəmxanlı

# 03 avqust 2021 12:40 (UTC +04:00)

“Bu gün Türkiyədə böyük ərazidə yanğın törədilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyi böyük heyətlə Türkiyənin yardımına gedib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S. Rüstəmxanlı deyib ki, bu, qardaş Türkiyə ilə davamlı bir yerdə olacağımızı sübut edir: “Ona görə də Milli Məclis adından Türkiyədə yanğının söndürülməsinə gedən Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına təşəkkür etməliyik. Eyni hamanda Türkiyə parlamentinə müraciət etməliyik ki, Türkiyənin yanındayıq”.

Spiker Sahibə Qafarova isə Türkiyə parlamentinin sədri Mustafa Şentopla danışdığının, fikirləri ona çatdırdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR