MSK-nın yeni tərkibdə ilk iclası keçirilib - YENİLƏNİB

MSK-nın yeni tərkibdə ilk iclası keçirilib - YENİLƏNİB
# 27 aprel 2021 17:07 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda MSK-nın 18 yeni və 3 ehtiyat üzvü, Milli Məclisin Sədri Sahibə Qafarova və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev iştirak edib.

Milli Məclisin Sədri MSK üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

Məzahir Pənahov yenidən MSK sədri, Rövzət Qasımov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə MSK-nın katibləri seçiliblər.

***

16.32

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Milli Məclisin sədri Sahibə Qafarova və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də iştirak edir.

İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR