MSK sədri: “Mətbuat qrupu sosial şəbəkələri daim izləməlidir”

MSK sədri: “Mətbuat qrupu sosial şəbəkələri daim izləməlidir”
# 30 yanvar 2020 16:23 (UTC +04:00)

“Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupu sosial şəbəkələri daim izləməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılmış videomateriallar seçkiləri şübhə altına almağa imkan verir: “Bu cür hallar varsa, mətbuat qrupu sosial şəbəkələri ciddi şəkildə izləməlidir. Çünki bu halların yayılmasında kifayət qədər ciddi maraqlı olan qüvvələr var”.

M. Pənahov qeyd edib ki, heç kim hər şeyi ideal olduğunu iddia etmir: “Bu və ya digər xoşagəlməz hallar araşdırılmalıdır. Bu gün reallıqda sosial şəbəkələri izləyib çatdırmaq mümkün olmur. KİV nümayəndələrindən kimsə haradasa görsə ki, qanun pozuntuları var, bununla bağlı MSK üzvü Qabil Orucova məlumat versin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR