Əli Əsədov: "Ordu quruculuğunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb"

Əli Əsədov: "Ordu quruculuğunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb"
# 23 sentyabr 2020 19:58 (UTC +04:00)

“Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaqdır”.

APA-nın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov  Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib. 

O bildirib ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınıb:

“Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR