Britaniyadakı soydaşlarımız Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür, Fransaya etiraz ediblər

Britaniyadakı soydaşlarımız Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür, Fransaya etiraz ediblər
# 07 oktyabr 2020 11:30 (UTC +04:00)

Britaniya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan İcması bu tarixi günlərdə ölkəmizi dəstəkləyən Türkiyə, Ukrayna, Pakistan və Əfqanıstanın Birləşmiş Krallıqdakı səfirliklərinə minnətdarlıq, Fransa səfirliyinə isə etiraz məktubu göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, minnətdarlıq məktublarında qeyd edilib ki, Ermənistanın 27 sentyabr tarixli təcavüzü başlayan kimi, sözügedən ölkələr dərhal və yenidən Azərbaycanın haqq mübarizəsinə dəstəklərini bəyan ediblər.

"Bu dəstəyin dayanıqlı və dəqiq təzahürü bizim bütün dünya ilə xüsusi əlaqələrə malik olduğumuzu bir daha nümayiş etdirir".

Soydaşlarımız bildiriblər ki, Britaniyadakı Azərbaycan İcması fürsətdən istifadə edərək Azərbaycanı və onun haqlı mövqeyini qətiyyətlə dəstəkləyən ölkələrin hökumətlərinə təşəkkürlərini bildirirlər.

Fransa səfirliyinə ünvanlanan məktubda isə bu ölkənin prezidenti Emmanuel Makronun ölkəmiz haqqında dezinformasiya səsləndirməsinə etiraz bildirilib: "Parisdə dəqiq və müəyyən anlayış mövcuddur ki, Azərbaycanla Ermənistanı müqayisə etmək qeyri-mümkündür. Bizi və işğalçı erməniləri eyni meyarla ölçmək mümkün deyil. Biz bunu unutmayacağıq, cənab Makron!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR