Türkiyə-Amerika Milli İdarəetmə Komitəsi ABŞ prezidentinə müraciət edib

#
# 16:15
23 aprel 2021

Birləşmiş Ştatlarda fəaliyyət göstərən Türkiyə–Amerika Milli İdarəetmə Komitəsi (TASC) ABŞ Prezidenti Cozef Baydeni ermənilərin 24 aprel 1915-ci il tarixli qondarma iddiasını soyqırımı kimi səciyyələndirməkdən çəkinməyə və tarixi faktlara əsaslanmağa çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, TASC-ın ABŞ-ın dövlət başçısına ünvanladığı məktubda qeyd olunub ki, bu ölkədə yaşayan türklər, azərbaycanlılar və digər türk icmaları Birləşmiş Ştatları dünyəvi, demokratik bir ölkə kimi görürlər və tarixdə yaşanmış osmanlı-erməni münaqişəsinin soyqırımı kimi adlandırılmasının qəbuledilməz olduğunu hesab edirlər.

Məktubda bildirilib ki, Soyqırımı haqqında 1948-ci il Konvensiyasını qəbul edən BMT 3 dəfə (2000, 2007 və 2015-ci illər) Osmanlı ermənilərinin tarixi mübahisəsinin soyqırımı olmadığını elan edib. 2016-cı ildə isə "Doqu Perincek İsveçrəyə qarşı" işinə baxan Avropa İnsan Hüquqları Məhkəməsi bəyan edib ki, Ermənistanla bağlı hal soyqırımı kimi sübut olunmayıb və Holokostla heç cür müqayisə edilə bilməz.

"Aprelin 24-də kimisə böhtanlamaq əvəzinə, israrla Sizi liderlik nümayiş etdirməyə, ermənilərlə türkləri birləşdirməyə çağırırıq ki, onlar ümumi köklərə söykənə bilsinlər və mürəkkəb keçmişi lazımi şəkildə nəzərə alsınlar", - deyə məktub müəllifləri çağırış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR