“Formula-2”: Azərbaycan Qran-prisində son yarış başlayıb

“Formula-2”: Azərbaycan Qran-prisində son yarış başlayıb
# 06 iyun 2021 12:45 (UTC +04:00)

Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yarışın startı verilib.

Apasport.az saytının məlumatına görə, 11 komandanın pilotları bir saat beş dəqiqə ərzində dövrə vuraraq, qalibi müəyyənləşdirəcəklər.

“Əvəzedicilər” bununla da paytaxtımızda keçirilən Azərbaycan Qran-prisi çərçivəsində çıxışlarını yekunlaşdıracaqlar.

Qeyd edək ki, Bakıda “Formula-2” üzrə dünən təşkil olunan ilk iki sprint yarışında müvafiq olaraq Robert Şvartzman (“Prema”) və Juri Vips (“Hitech Grand Prix”) qalib adını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR