Koronavirusa görə Niderlandda idman tədbirləri azarkeşsiz keçiriləcək

Koronavirusa görə Niderlandda idman tədbirləri azarkeşsiz keçiriləcək
# 13 noyabr 2021 17:40 (UTC +04:00)

Növbəti 3 həftə ərzində Niderlandda idman tədbirləri tamaşaçısız keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu qərarı ölkə rəhbərliyi verib.

Bu tədbirlər koronavirusa yoluxma hallarının artması ilə bağlıdır. Dünən ölkədə 16 min 364 yeni yoluxma faktı qeydə alınıb ki, bu, pandemiyanın ilk günündən bəri krallıqda ən yüksək göstəricidir.

Qərara əsasən, azarkeşlər ölkə çempionatı, avrokubokların oyunları və DÇ-2022-nin seçmə mərhələsində Niderland - Norveç matçına gələ bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR