Komitə sədri: “Azərbaycanda məscidlərin sayı 2253-ə çatıb”

Komitə sədri: “Azərbaycanda məscidlərin sayı 2253-ə çatıb”
# 18 iyun 2021 16:54 (UTC +04:00)

“Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir”. 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: 20 illik zaman kəsiyində” yazısında bildirib:

“Təkcə bir faktı qeyd edək ki, sovetlər zamanı ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, indi bu rəqəm 2253-ə çatıb, ölkəmizdə 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR