“Neftçi” - “Xəzər-Lənkəran” görüşünün biletləri 4 manat olacaq

“Neftçi” - “Xəzər-Lənkəran” görüşünün biletləri 4 manat olacaq
# 13 fevral 2007 09:13 (UTC +04:00)
“Neftçi” klubunun XV Azərbaycan çempionatının XV turunda Lənkəranın “Xəzər-Lənkəran” komandası ilə fevralın 16-da keçirəcəyi ev oyunu üçün sifariş etdiyi biletlər artıq hazırdır. “APA-Sport” agentliyinin məlumatına görə, sabahdan satışa çıxarılacaq biletlərin ən ucuzu 2 manat, ən bahası isə 4 manat olacaq. Biletlər əsasən, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ətrafında satılacaq. Qeyd edək ki, “Neftçi” “Xəzər-Lənkəran”la keçirəcəyi görüş üçün 18 minədək bilet hazırlayıb. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR