Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb
# 13 may 2020 10:23 (UTC +04:00)

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.

O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb: “Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Aliomarov mayın 13-də 67 yaşında vəfat edib. Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Qeyd edək ki, mütəxəssis 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2008-17-ci illərdə isə AGF-in vitse-prezidenti vəzifəsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR