Azərbaycan cüdoçusu dünya reytinqində irəliləyib

Murad Fətiyev

© APA | Murad Fətiyev

# 10 may 2021 12:48 (UTC +04:00)

Cüdoçuların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərinin də mövqeyi bəlli olub.

Planetin ən güclü 30 idmançısı sırasında yer alan cüdoçularımızdan yalnız ikisinin mövqeyi dəyişib. Rusiyanın Kazan şəhərindəki “Böyük dəbilqə” turnirində üçüncü olan Murad Fətiyev (81 kq) xal hesabını 2886-ya çatdırıb. Bu da ona 5 pilləlik sıçrayışla 23-cü olmaq imkanı verib.

Hidayət Heydərovun geriləməsi isə çəki dəyişikliyi ilə bağlıdır. Artıq 81 kq-da çıxış edən idmançımızın 73 kq-dakı mövqeyi getdikcə geriləyir. O, əvvəlki çəkisində 1 pilləlik enişlə 3346 xalla 20-cidir.

Digər təmsilçilərimizdən Rüstəm Orucov (73 kq, 6725) və İrina Kindzerska (+78 kq, 6564) 2-ci, Zelim Kotsoyev (100 kq, 5097) 9-cu, Məmmədəli Mehdiyev (90 kq, 4449) 10-cu sırada qalıb. Elmar Qasımovun (100 kq, 4100) 11-ci, Uşanqi Kokaurinin (+100 kq, 3208) 17-ci, Orxan Səfərovun (66 kq, 2954) 20-ci, Nicat Şıxəlizadənin (66 kq, 2882), Kəramət Hüseynovun (60 kq, 2240) 28-ci pillədəki mövqeyi də dəyişməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR