Boks üzrə dünya çempionatının tarixi dəqiqləşib

Boks üzrə dünya çempionatı, Belqrad

© APA | Boks üzrə dünya çempionatı, Belqrad

# 11 may 2021 12:33 (UTC +04:00)

Serbiyanın paytaxtı Belqradda bu il kişi boksçular arasında keçiriləcək dünya çempionatının tarixi dəqiqləşib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı AİBA açıqlayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar çətin durum olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən də mundialın oktyabrın 26-da start götürüb və noyabrın 6-da başa çatdırılması qərara alınıb.

Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. 2023-cü ildə isə mundiala Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR