İdmançılarımız sambo üzrə Avropa çempionatında qalib olub

İdmançılarımız sambo üzrə Avropa çempionatında qalib olub
# 28 may 2021 14:10 (UTC +04:00)

Kiprin Limassol şəhərində keçirilən sambo idman növü üzrə Avropa Çempionatında idmançılarımız ölkəmizi uğurla təmsil edirlər.

APA-nın xəbərinə görə, 27 may tarixində gənclər arasında keçirilən yarışda idmançılarımız bir qızıl, bir gümüş, bir də bürünc medal qazanıblar. Belə ki, yarışın nəticələri aşağıdakı kimi olub:

• 98 kq çəkidə 1-ci yer: Salmanov Toğrul (qızıl medal)

• 58 kq çəkidə 2-ci yer: Məmmədov Nicat (gümüş medal)

• 64 kq çəkidə 3-cü yer: Bağırov Elvin (bürünc medal)

İdmançılarımızın uğurlu iştirakı nəticəsində Azərbaycan 40 iştirakçı ölkə arasında 3-cü yerdə qərarlaşa bilib. 28 may tarixində artıq böyüklər arasında keçirilən yarışa start verilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Vitse-prezidentləri Cavid Səbzəliyev və Murad Cəfərov daxil olmaqla sambo üzrə Azərbaycan yığma komandası tam heyətlə yarışda iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR