Lorenzo Sotomayor: “Problemlərin öhdəsindən gəlməyi təcrübə hesabına öyrənmişəm”

Lorenzo Sotomayor: “Problemlərin öhdəsindən gəlməyi təcrübə hesabına öyrənmişəm”
# 05 iyun 2021 11:14 (UTC +04:00)

“Problemlərin öhdəsindən gəlməyi təcrübə hesabına öyrənmişəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan boksçusu Lorenzo Sotomayor deyib.

69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/8 final səddini adlayıb. O, erməni əsilli danimarkalı Sebastian Terteryan üzərində qələbəsinə Beynəlxalq Olimpiya Komitəsinin saytına açıqlamasında şərh verib: “Rəqib məni ilk hücumu ilə təəccübləndirdi. Amma artıq ikinci dəfə ondan nə gözləməli olduğumu bilirdim. Onun gedişlərini öyrənmişdim”.

Lorenzo əfsanəvi hündürlüyə tullanan, əmisi Xavyer Sotomayorla görüşünü də yada salıb: “Riodakı Olimpiya Oyunlarında əmim də orada idi. Məni dəstəkləyir, ruhlandırırdı. Sonra onunla Kubada görüşdüm. O, çox səfərlər edir. Çünki Olimpiya Komitəsinin üzvüdür və çox sayda idman tədbirlərində olur”.

Qeyd edək ki, Rio-2016-nın finalçısı Tokio-2020-yə vəsiqə qazanmaq üçün daha bir qələbə qazanmalıdır. O, ya 1/4 final səddini keçməli, ya da bu mərhələdə uduzanların pley-offunda qalib gəlməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR