Fərhad Bədəlbəyli Kazanda keçirilən beynəlxalq musiqi festivalının münsiflər heyətində təmsil olunub

Fərhad Bədəlbəyli Kazanda keçirilən beynəlxalq musiqi festivalının münsiflər heyətində təmsil olunub
# 19 dekabr 2006 11:59 (UTC +04:00)
Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli Kazanda səfərdədir. Bəstəkar APA-ya açıqlamasında bildirib ki, səfərin məqsədi Kazanda keçirilən beynəlxalq musiqi festivalının münsiflər heyətində təmsil olunmaqdır. Festivalda dünyanın bir sıra ölkələrindən - ABŞ, Çin, Yaponiya, Rusiyadan nümayəndələr iştirak edir. Bəstəkarın sözlərinə görə, festivalda Azərbaycan musiqiçiləri iştirak etməyəcək. Beynəlxalq festival dekabrın 22-də yekunlaşacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR