Gələn ilin mayında Bakı Musiqi Akademiyasının 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

Gələn ilin mayında Bakı Musiqi Akademiyasının 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
# 19 dekabr 2006 14:21 (UTC +04:00)
2007-ci ilin mayında Bakı Musiqi Akademiyasının 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bu barədə APA-ya Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı lazımi tədbirlərin siyahısı hazırlanır: “Bakı Musiqi Akademiyası çox böyük tarixə malikdir. Bu təhsil ocağı dahi Üzeyir Hacıbəyov tərəfindən 1920-ci il may ayının 25-də yaradılıb. Biz çalışacağıq ki, yubiley tədbiri də akademiyanın yarandığı gündə keçirilsin. Biz akademiyanın yaranmasının 85 illiyini keçən il qeyd etməyi planlaşdırsaq ki, müəyyən səbəblərdən bu, baş tutmadı”. F. Bədəlbəyli bildirib ki, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında 1925-ci ildə “Şərq musiqisinin öyrənilməsi sinfi” yaradılıb. Hazırda Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi təhsil ocağına 1956-1969-cu illərdə tanınmış bəstəkar Cövdət Hacıyev rəhbərlik edib. F. Bədəlbəylinin sözlərinə görə, 85 illik yubileylə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılır: “Yubiley tədbirini bir günə sıxışdırmaq çox çətin məsələdir. Ona görə də, bu tədbir bir neçə gün davam edəcək. Həmin ərəfədə Bakı Musiqi Akademiyasına onun yaradıcısı Üzeyir Hacıbəyovun da adının qaytarılması gözlənilir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR