Habil Əliyev: “Səhnəyə çıxmağa tövbə etmişəm, bu sənətdən salamat qurtarmağım böyük şeydir”

Habil Əliyev: “Səhnəyə çıxmağa tövbə etmişəm, bu sənətdən salamat qurtarmağım böyük şeydir”
# 21 dekabr 2006 09:31 (UTC +04:00)
Bu açıqlamanı APA-ya xalq artisti, kaman ustası Habil Əliyev verib. O, dəyərlərin dağıldığı cəmiyyətdə yaşamaq istəmədiyini deyib: “Mən özüm də ölü kimi bir şeyəm. Çünki bu cür cəmiyyətdə və hər şeyin pozulduğu dövrdə yaşamaq istəmirəm. Sənətdən də, hər şeydən də uzaqdayam. Çünki bütün baş verənləri görmək istəmirəm. Cılız insanların sənətkar kimi qiymətləndirilməsinə, onların da “mənəm-mənəm” demələrinə dözə bilmirəm. Bu, millət üçün biabırçılıqdır”. Habil Əliyev oğlu Rəvanın da ikinci dəfə sənətdən üz döndərdiyini deyib. Onun sözlərinə görə, hazırda Rəvan Habiloğlu Bakıda olsa da, sənətdən uzaqdır: “Bu sənətdən ata-bala salamat qurtarmağımız böyük şeydir. Bir daha bu sənətə qayıtmağımız isə ağılsızlıq olar. Əsil sənətkar hazırda Azərbaycan mədəniyyətdə baş verənləri boykot etməli və bu sənətdən baş götürüb getməlidir. Çünki meydan sulayan, ancaq istedadı olmayan dırnaqarası sənətçilərlə bir səhnədə çıxış etmək sənətə hörmətsizlikdir. Mən kamançada yalnız özüm üçün ifa edirəm. Bir daha səhnəyə çıxmağa isə tövbə etmişəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR