Füzulinin Tarix Diyarşünaslıq Muzeyinə yeni tapıntılar təqdim edilib

Füzulinin Tarix Diyarşünaslıq Muzeyinə yeni tapıntılar təqdim edilib
# 25 dekabr 2006 13:33 (UTC +04:00)
Füzulinin Bala Bəhmənli kənd sakini Elçin Əsədov tərəfindən yaradılmış Tarix Diyarşünaslıq Muzeyinə rayon sakinləri maraqlı bir tapıntı təqdim ediblər. Bu, daşdan yonulmuş uşaq ayaqqabısıdır. Elçin Əsədov APA-nın Qarabağ bürosuna bildirib ki, son bir neçə gündə muzeyə XXII-XIII əsrlərə aid 20-yə yaxın ox ucluqları verilib. Başqa bir təzə eksponat isə təxminən 4 kiloya bərabər olan qara daşdan yonulmuş qoç başıdır. Muzeyə qədim qəbirdən tapılmış orta tunc dövrünə aid məişət qabları da təqdim olunub. Qabların 5000 ildən çox yaşı var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR