Şəfiqə Axundova: “Mənim kimi həyatını sənətə qurban verən başqa bir insan olduğuna inanmıram”

Şəfiqə Axundova: “Mənim kimi həyatını sənətə qurban verən başqa bir insan olduğuna inanmıram”
# 24 yanvar 2007 10:50 (UTC +04:00)
“Gəlin qayası” operasını acqarına yazmışam. Mən musiqi əsərlərini pula görə yazmamışam və həyatımı sənətə qurban vermişəm. Mənim kimi özünü sənətə qurban verən başqa bir insanın olduğuna inanmıram”. Bu sözləri APA-ya açıqlamasında yaxın günlərdə 83 yaşını tamamlayan xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundova deyib. Onun fikrincə, hər bir addan üstün olan can sağlığıdır: “Xalq artisti adına, “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülmüşəm. Bu adlara halal zəhmətimlə və yaratdıqlarımla sahib olmuşam. Çox istərdim ki, bu gün layiqli sənətçilərə fəxri adlar verilsin”. Ş. Axundova bildirib ki, iki ildən sonra onun 85 illik yubileyi keçiriləcək və yubiley ərəfəsində “İstiqlal” ordeninə layiq görüləcəyinə inanır: “Allah mənə ömür versə, 85 illiyim dövlət səviyyəsində qeyd olunacaq. Sənətdə etdiklərimə görə ”İstiqlal” ordeninə layiq görülmək istəyirəm”. Yaradıcılıq işlərindən də danışan bəstəkar bildirib ki, bu ilin ilk ayında üç mahnı yazıb və bunlar hazırda lentə yazdırılır. Bundan sonra böyük əsər yazmayacağını söyləyən Ş. Axundova buna səhhətinin imkan vermədiyini deyib: “Mən iki dəfə klinik ölüm keçirmişəm. Allah üçüncüdən saxlasın”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR