“Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda tədbir keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

“Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda tədbir keçirilib  - FOTO  - VİDEO  - YENİLƏNİB
# 15 iyul 2021 11:39 (UTC +04:00)

Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Milli Kitabxana ilə birgə “Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, Milli Kitabxananın direktoru Tahir Kərimov Yunus Əmrə və Nizami Gəncəvinin yaradıcılıqları haqda danışıb.

Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş tədbirdə iştirakdan məmnunluğunu ifadə edib: “Biz Azərbaycanda özümüzü qonaq kimi hiss etmirik, sanki öz evimizdəyik. Boşuna iki dövlət, bir millət demirik. Bu il Nizami Gəncəvinin 880 illiyi, Yunus Əmrənin isə ölümünün 700-cü illiyi qeyd olunur. Yunus Əmrə də, Nizami Gəncəvi də bizim ortaq dəyərlərimizdir”.

Qeyd edək ki, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana və Nəşriyyat işi üzrə mütəxəssislərindən və Türkiyə Milli Kitabxanasının direktorundan ibarət nümayəndə heyəti iyulun 14-dən 18-dək Azərbaycanda səfərdə olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR