Zəlimxan Yaqub Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adına layiq görülüb

Zəlimxan Yaqub Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adına layiq görülüb
# 09 iyun 2010 14:03 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycanın xalq şairi Zəlimxan Yaquba Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilib. Bunu APA-nın Gürcüstan bürosuna universitetin professoru Novruz Bayramov deyib. O bildirib ki, xalq şairi bu ada Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə, universitetdə açıq mühazirələrinə görə Gürcüstanın “Ali təhsil haqqında” qanununun 39-cu maddəsi əsasında layiq görülüb. Fəxri doktor diplomu bu yaxınlarda xalq şairinə təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR