I Gəncə Kitab Sərgisi keçirilir

I Gəncə Kitab Sərgisi keçirilir
# 26 noyabr 2021 16:07 (UTC +04:00)

“Azərbaycan Nəşriyyatlari” İctimai Birliyinin (ANİB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında I Gəncə Kitab Sərgisi keçirilir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, “Nizami Gəncəvi İli”nə həsr olunan sərginin cari ilin noyabrın 26-da açılış mərasimi baş tutub.

Açılış mərasimində çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ANİB-in sədri Şəmil Sadiq və Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev tədbir iştirakçılarını salamlayıblar.

Ölkəmizin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi 100 mindən çox kitabla sərgiyə qatılıblar. 28 noyabr tarixinədək davam edəcək sərgidə məşhur şair və yazıçıların təqdimatında imza mərasimləri, uşaqlar üçün nağıl saatları, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgilərin təşkili və bədii proqramların keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda sərgidə qurulan “Qarabağa kitabla gedək” stendində işğaldan azad olunmuş ərazilərimizdə yaradılacaq kitabxanalar üçün nəşrlər toplanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR