“Barselona” və “Sportinq” Çempionlar Liqasında 1/8 finala yüksəlib

“Barselona” və “Sportinq” Çempionlar Liqasında 1/8 finala yüksəlib
# 05 noyabr 2008 07:46 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçirilib. “APA-Sport”un məlumatına görə, gecənin sensasiyası İspaniyada qeydə alınıb. “Barselona” İsveçrə “Bazel”inə qalib gələ bilməyib.

Buna baxmayaraq, kataloniyalılar 1/8 finala yüksəliblər. “Barselona” ilə yanaşı, “Sportinq” də vaxtından qabaq növbəti mərhələyə vəsiqəni təmin edib. Son 5 oyunda məğlubiyyətləri sıralayan “Roma” “Çelsi” üzərində inamlı qələbə qazanıb. “İnter” isə Kiprdə 1 xalla kifayətlənib.

A qrupu

"Roma" - "Çelsi" - 3:1

Panuççi, 34; Vuçiniç, 48; 58 - Terri, 75.

ÇFR - "Bordo" - 1:2
Dani, 9 - Qurkuff, 6; Vendel, 38.

1."Çelsi" 7 xal, 2. "Roma" 6, 3."Bordo" 6, 4.ÇFR 4.

B qrupu

"Anortosis" - "İnter" - 3:3

Bardon, 31; Panaqi, 45+1; Frausos, 50 - Balotelli, 13; Materatsi, 44; Kruz, 80.

"Verder" - "Panatinaikos" - 0:3
Mantzios, 58; Karaqunis, 70; Tziolis, 83.

1."İnter" 8, 2."Anortosis" 5, 3."Panatinaikos" 4, 4."Verder" 3.

C qrupu

"Barselona" - "Bazel" - 1:1

Messi, 62 - Derdiyok, 83.

"Sportinq" - "Şaxtyor" - 1:0
Derley, 73.

1."Barselona" 10, 2."Sportinq" 9, 3."Şaxtyor" 3, 4."Bazel" 1.

D qrupu

"Liverpul" - "Atletiko" - 1:1

Cerrad, 90+5 (pen.) - Rodriges, 37.

"Marsel" - PSV - 3:0
Kone, 30; Nyanq, 63; 71.

1."Atletiko" 8, 2."Liverpul" 8, 3."Marsel" 3, 4.PSV 3.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR