AVRO-2020: 1/8 finalın son 2 oyunu keçiriləcək

AVRO-2020:  1/8 finalın son 2 oyunu keçiriləcək
# 29 iyun 2021 02:28 (UTC +04:00)

AVRO-2020-nin 1/8 final mərhələsi başa çatır.

Apasport.az saytının məlumatına görə, bu gün raundun son iki oyunu keçiriləcək.

Bununla 1/4 final mərhələsinin son cütlüyü də müəyyənləşəcək.

Günün ilk matçı Londonda baş tutacaq. Bunu həm də mərhələnin mərkəzi oyunu adlandırmaq olar. Çünki iki nəhəng komanda – İngiltərə ilə Almaniya üz-üzə gələcək. Hər iki komanda qrup mərhələsində tam ürəkaçan oyun sərgiləmədiyindən, konkret kimisə favorit göstərmək mümkün deyil. Yalnız qarşılaşmanın “Uembli” stadionunda oynanılmasını ingilislər üçün üstünlük saymaq olar.

1/8 final mərhələsinə Qlazqoda yekun vurulacaq. İsveç məhz onun qrupundakı son nəticələr sayəsində ən yaxşı sonuncu üçüncü yerin sahibi kimi yoluna davam edən Ukrayna ilə üz-üzə gələcək.

Bu iki oyunun qalibləri 1/4 finalda bir-birinə rəqib olacaq. Həmin görüş iyulun 3-də Romada keçiriləcək.

AVRO-2020
1/8 final
29 iyun
20:00. İngiltərə - Almaniya
Baş hakim:
Danni Makkelie (Niderland)
London. “Uembli” stadionu

23:00. İsveç – Ukrayna
Baş hakim:
Daniel Orsato (İtaliya)
Qlazqo. “Hampden Park” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR