AVRO-2020: Kristian Eriksen özünə gəlib

AVRO-2020:  Kristian Eriksen özünə gəlib
# 12 iyun 2021 21:25 (UTC +04:00)

AVRO-2020-nin Finlandiya ilə oyununda ürəyindəki problem səbəbindən huşunu itirən danimarkalı Kristian Eriksen özünə gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçiyə təcili tibbi yardım zəruri hesab edilən 3 dəqiqə ərzində edildiyindən təhlükəni arxada qoyub.

Kristian meydandan çıxarılarkən artıq öz huşunda olub. Gözlərini açan yarımmüdafiəçi əlini alnına qoyub.

Qeyd edək ki, B qrupunun ilk oyununun birinci hissəsinin sonlarında baş verən hadisə səbəbindən qarşılaşma təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR