AVRO-2020: Portuqaliya millisinin heyəti açıqlanıb

Portuqaliya millisi

© APA | Portuqaliya millisi

# 21 may 2021 12:34 (UTC +04:00)

Portuqaliya millisinin AVRO-2020 üçün iştirak ərizəsi bəlli olub.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Fernando Santos qitə birinciliyində xidmətindən yararlanacağı oyunçuların adlarını açıqlayıb.

Son Avropa çempionunun heyətində 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 8 hücumçu yer alıb. Baş məşqçi İngiltərə Premyer Liqasında çıxış edən 9 oyunçuya dəvət göndərib.

Qapıçılar: Entoni Lopes (“Lion”), Rui Patrisio (“Vulverhempton”), Rui Silva (“Qranada”);
Müdafiəçilər: Joao Kanselo, Ruben Diaş (hər ikisi “Mançester Siti”), Nelson Semedo (“Vulverhempton”), Joze Fonte (“Lill”), Pepe (“Porto”), Nuno Mendeş (“Sportinq”), Rafael Qerreyro (“Borussiya”, Dortmund);
Yarımmüdafiəçilər: Danilo Pereyra (PSJ), Joao Palinya (“Sportinq”), Ruben Neveş, Joao Moutinyo (hər ikisi “Vulverhempton”), Bruno Fernandeş (“Mançester Yunayted”), Renato Sançes (“Lill”), Serxio Oliveyra (“Porto”), Villiam Karvalyo (“Betis”);
Hücumçular: Pedro Qonçalves (“Sportinq”), Andre Silva (“Ayntraxt”), Bernardo Silva (“Mançester Siti”), Kriştiano Ronaldo (“Yuventus”), Dioqo Jota (“Liverpul”), Qonçalo Quedeş (“Valensiya”), Joao Feliks (“Atletiko”), Rafa Silva (“Benfika”).

Qeyd edək ki, AVRO-2020-nin F qrupunda qərarlaşan Portuqaliya yığması Macarıstan, Almaniya və Fransa ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR