AVRO-2020: Yarımfinal və final matçlarının topu təqdim olunub

AVRO-2020:  Yarımfinal və final matçlarının topu təqdim olunub
# 05 iyul 2021 13:54 (UTC +04:00)

AVRO-2020-nin yarımfinal və final matçlarında istifadə olunacaq top təqdim olunub.

Apasport.az saytının məlumatına görə, topun tanıtımını istehsalçı “Adidas” firması edib.

Bununla Londondakı “Uembli” stadionunda iyulun 6-7-də keçiriləcək yarımfinal və 11-də baş tutacaq final qarşılaşmasında istifadəyə veriləcək fərqli dizaynda top müəyyənləşib.

Qeyd edək ki, yarımfinalda İtaliya İspaniya ilə, İngiltərə də Danimarka ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR