“Əl-Sədd” Xavinin “Barselona”ya keçidinə razılıq verib

Xavi

© APA | Xavi

# 05 noyabr 2021 15:07 (UTC +04:00)

Qətərin “Əl-Sədd” klubu baş məşqçisi Xavinin “Barselona”ya keçidinə razılıq verib.

Apasport.az saytının məlumatına görə, bunu Asiya təmsilçisinin mətbuat xidməti açıqlayıb.

İspaniya nəhəngi Xavi ilə müqavilənin pozulması üçün vəsait ödəyəcək. Bu məbləğin 5 milyon avro olduğu bildirilir.

Karyerasının böyük hissəsini “Barselona”da keçirən sabiq yarımmüdafiəçi 1998-2015-ci illərdə futbolçu kimi 25 titul qazanıb. 2015-ci ildə “Əl-Sədd”ə keçən ispaniyalı 2019-cu ildən Qətər təmsilçisinin baş məşqçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR