Əməliyyat olunan Kristian Eriksen bu gün xəstəxanadan çıxacaq

Əməliyyat olunan Kristian Eriksen bu gün xəstəxanadan çıxacaq
# 18 iyun 2021 10:46 (UTC +04:00)

Danimarka millisinin futbolçusu Kristian Eriksen əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin Finlandiya ilə oyununda (0:1) huşunu itirən yarımmüdafiəçiyə implant kardioverter-defibrilyator yerləşdirilib.

Bu cihaz həyat üçün təhlükəli olan aritmiyaların aradan qaldırılmasına xidmət edir və ürək dayanmasının qarşısını alır. Həkimlər Eriksenin özünü yaxşı hiss etdiyini və artıq bu gün xəstəxanadan evə buraxılacağını açıqlayıb.

Qeyd edək ki, iyunun 12-də keçirilən matçın ilk yarısının sonlarında yerə yıxılan və ürəyi dayanan Eriksenə təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR