“Keşlə”nin rəqibinin erməni futbolçusu Bakıya gəlməyəcək

“Keşlə”nin rəqibinin erməni futbolçusu Bakıya gəlməyəcək
# 14 iyul 2021 11:36 (UTC +04:00)

Konfrans Liqasında “Keşlə”nin rəqibi olan Rusiyanın “Soçi” klubunun erməni futbolçusu Erik Vardanyan Bakıya gəlməyəcək.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun qalibinə qarşı oynamayacaq.

Buna səbəb Vardanyanın avrokuboklarda “Soçi”nin şərəfini qoruya bilməməsidir. Rusiya təmsilçisi erməni oyunçusunu “Pünik”ə icarəyə verib.

Qeyd edək ki, əvvəllər də “Pünik”də oynamış Erik “Soçi”nin heyətində cəmi 1 matça çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR