“Milan” Canluici Donnarummanın yerinə qapıçı alıb

“Milan” Canluici Donnarummanın yerinə qapıçı alıb
# 25 may 2021 11:51 (UTC +04:00)

“Milan” qapı xəttini gücləndirib.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” “Lill”in qapıçısı Mayk Maqnanla anlaşıb.

Fransa millisinin üzvü “rossonyerlər”ə əsas qolkiper kimi keçir. Çünki A seriyası təmsilçisi Canluici Donnarumma ilə yollarını ayıracaq. 26 yaşlı Maqnanın transferi “Milan”a 15 milyon avroya başa gələcək. Tərəflər arasında hərtərəfli razılıq əldə olunub və yalnız rəsmi müqaviləyə qol çəkmək qalıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Mayk Maqnan 2015-ci ildən “Lill”in formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR