“Qalatasaray” “Napoli”nin futbolçusunu istəyir

“Qalatasaray” “Napoli”nin futbolçusunu istəyir
# 30 iyun 2021 10:33 (UTC +04:00)

“Napoli”nin müdafiəçisi Mario Rui Türkiyəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu “Qalatasaray”ın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisinin yay transfer dönəmində əsas hədəfi məhz 30 yaşlı sol cinah oyunçusudur. Neapollular Ruini 8 milyon avroya satmağa razılıq verib. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, ötən mövsüm 36 oyun keçirən Mario Rui 2 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR