“Qarabağ” ilk yoxlama oyununda qələbə qazanıb

“Qarabağ” ilk yoxlama oyununda qələbə qazanıb
# 07 iyul 2021 21:45 (UTC +04:00)

Yeni mövsümə Avstriyada hazırlaşan “Qarabağ” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Bolqarıstanın MOİK klubu ilə qarşılaşıb.

Fulpmesdəki görüşün taleyini bir qol həll edib. İkinci hissənin ortalarında rəqib qapısına yol tapan Qurban Qurbanovun yetirmələri Avstriya toplanışına qələbə ilə başlayıb. Bu qola 69-cu dəqiqədə Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, “Qarabağ” iyulun 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula), 15-də Almaniya “Auqsburq”u ilə qarşılaşacaq.

Yoxlama oyunu
7 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – MOİK (Bolqarıstan) – 1:0

Musa Qurbanlı, 69

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR