UEFA Çempionlar Liqasının ən yaxşı qapıçısını açıqlayıb

UEFA Çempionlar Liqasının ən yaxşı qapıçısını açıqlayıb
# 26 avqust 2021 20:29 (UTC +04:00)

Çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı qapıçısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2021/22 mövsümünün püşkatması zamanı qalibi adı elan olunub.

Bu mükafata Eduar Mendi (Seneqal, “Çelsi”) yiyələnib. O, digər iki namizəd - Tibo Kurtua (Belçika, “Real”) və Edersonu (Braziliya, “Mançester Siti”) qabaqlayıb.

Qeyd edək ki, tədbirdə ən yaxşı müdafiəçi, yarımmüdafiəçi, hücumçu, futbolçu və məşqçi də müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR