UEFA prezidenti Türkiyə - Uels oyununu izləmək üçün Bakıya gəlib

UEFA prezidenti Türkiyə - Uels oyununu izləmək üçün Bakıya gəlib
# 16 iyun 2021 16:23 (UTC +04:00)

UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı qurum başçısı AVRO-2020-nin Türkiyə - Uels oyununu izləyəcək.

Bu görüş Bakı Olimpiya Stadionunda keçiriləcək. A qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma AVRO-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR