Ukrayna millisinin baş məşqçisi bəlli olub

Ukrayna millisinin baş məşqçisi bəlli olub
# 17 avqust 2021 17:15 (UTC +04:00)

Ukrayna millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edəcək mütəxəssis bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu vəzifə Aleksandr Petrakova həvalə olunacaq.

Onun məşqçilər korpusunda Andrey Annenkov və qapıçılarla çalışan Aleksandr Şovkovski yer alacaq. Mütəxəssisin yaxın müddətdə rəsmən təqdim ediləcəyi gözlənilir. Petrakov yığmanı DÇ-2022-nin sentyabrdakı seçmə oyunlarına çıxarmalıdır.

Qeyd edək ki, əvvəlki baş məşqçi Andrey Şevçenko AVRO-2020-dən sonra postunu tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR