“Vest Bromviç” yeni baş məşqçisi ilə 4 illik müqavilə imzalayıb

“Vest Bromviç” yeni baş məşqçisi ilə 4 illik müqavilə imzalayıb
# 25 iyun 2021 09:38 (UTC +04:00)

İngiltərənin “Vest Bromviç” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Valeryen İsmel gətirilib.

45 yaşlı fransalı mütəxəssis ötən mövsüm “Barnsli”yə rəhbərlik edib. Onunla 4 illik müqavilə imzalanıb. İsmael bunadək “Volfsburq”, “Nürnberq” və LASK-a rəhbərlik edib.

Qeyd edək ki, ötən mövsüm “Vest Bromviç”i çalışdıran Sem Ellardays komanda Premyer Liqadan aşağı dəstəyə yuvarlandığı üçün yeni müqavilə imzalamaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR