AFFA “Sabah” – “Neftçi” oyunu barədə araşdırma aparacaq

AFFA “Sabah” – “Neftçi” oyunu barədə araşdırma aparacaq
# 26 aprel 2021 14:31 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” oyunu barədə araşdırma aparılacaq.

Apasport.az xəbər verir ki, bu barədə AFFA feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, matçın hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.

Qeyd edək ki, “Sabah”ın 3 futbolçusunun qırmızı vərəqə aldığı oyun 2:2 hesabı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR