Almaniya və Niderland millilərinin nümayəndələri AVRO-2020 ilə bağlı Bakıya gəliblər

Almaniya və Niderland millilərinin nümayəndələri AVRO-2020 ilə bağlı Bakıya gəliblər
# 02 mart 2020 11:20 (UTC +04:00)

Futbol üzrə Almaniya və Niderland milli komandasının nümayəndələri Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, rəsmilərin Azərbaycan səfəri AVRO-2020-nin final mərhələsi ilə bağlıdır.

Almaniya yığmasının meneceri Maike Seuren və komandanın səyahət meneceri Matthias Qrimm Bakı Olimpiya Stadionuna, Tofiq Bəhramov adına Respublika stadionuna, həmçinin paytaxtımızdakı otellərə baxış keçiriblər. Almaniyalı qonaqlar AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, AVRO-2020 barədə fikir mübadiləsi aparıblar.

Niderland milli komandasının da nümayəndələri Bakıdadırlar. Onlar artıq Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat Qrupu tərəfindən Fan Zona barədə qonaqlara ətraflı məlumat verilib.

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR