İngiltərə Premyer Liqası Superliqa iştirakçılarına xəbərdarlıq edib

İngiltərə Premyer Liqası Superliqa iştirakçılarına xəbərdarlıq edib
# 20 aprel 2021 17:47 (UTC +04:00)

İngiltərə Premyer Liqasının rəhbərliyi çempionatda çıxış edən 14 klub rəhbərliyi ilə bir araya gəlib.

Apasport.az saytının məlumatına görə, qurum həmin klubların bütünlüklə yeni yaradılan Avropa Superliqasını rədd etdiklərini açıqlayıb.

Toplantıda yalnız Superliqada iştirakı təsdiqlənən “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, “Arsenal” və “Tottenhem” təmsil olunmayıb. Premyer Liqa rəhbərliyi isə adıçəkilən klublara xəbərdarlıq bildirən bəyanat yayıb: “Premyer Liqanın 6 klubu dərhal Superliqadan iştirakdan imtina etməlidir. Əks halda onlar barəsində qanuni tədbirlər görüləcək”.

Qeyd edək ki, İngiltərə təmsilçiləri ilə yanaşı, İtaliyanın “Milan”, “Yuventus”, “İnter”, İspaniyanın isə “Real”, “Barselona” və “Atletiko” klublarının Superliqada iştirakı təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR