“Liverpul” tarixinin yeni rekordunu vurub

“Liverpul” tarixinin yeni rekordunu vurub
# 07 mart 2020 20:56 (UTC +04:00)

“Liverpul” İngiltərə çempionatları tarixinin yeni rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, Yurgen Kloppun yetirmələri evdə ən uzun qələbə seriyasının müəllifi kimi tarixə düşüb.

Mersisaydlılar XXIX turun “Bornmut”la oyununda ardıcıl 22-ci ev oyununda qalib gəlib – 2:1. Bunadək də rekord “Liverpul”a məxsus idi.

1972-ci ildə ardıcıl 21 ev matçında xal itirməyən liverpullular 48 il öncə “Mançester Siti”, “Nyukasl” və “Preston”un (hərəsi 20 qələbə) rekordunu yeniləmişdi.

Qeyd edək ki, “Liverpul” 82 xalla Premyer Liqanın lideridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR