“Mançester Yunayted”in futbolçusu Yunanıstanda saxlanılıb

“Mançester Yunayted”in futbolçusu Yunanıstanda saxlanılıb
# 21 avqust 2020 14:02 (UTC +04:00)

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr Yunanıstanda saxlanılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb İngiltərə millisinin üzvünün gecə klubunun önündə dava etməsi olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Sevgilisi ilə Mikonos adasında istirahət edən ulduz futbolçu ingilis turistlərlə əlbəyaxa olub. Polis əməkdaşları dalaşanları sakitləşdirməyə çalışsa da, Maquayr və iki dostu onlara müqavimət göstərib, üzərlərinə hücum çəkib. Nəticədə 27 yaşlı oyunçu və dostları bölməyə aparılıb.

Qeyd edək ki, “Mançester Yunayted”in digər futbolçuları Markus Reşford və Cessi Linqard da tətilini Mikonos adasında keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR