Messi ABŞ-da 5 milyon funt sterlinqə ev alıb

Messi ABŞ-da 5 milyon funt sterlinqə ev alıb
# 28 aprel 2021 14:15 (UTC +04:00)

Argentina millisinin və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi ABŞ-da ev alıb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı ulduz Floridada Atlantik okeanın sahilində yerləşən 39 mərtəbəli binanın 9-cu mərtəbəsini bütünlüklə alıb.

Messi bunun üçün 5 milyon funt sterlinq ödəyib. “Barselona”dakı gələcəyinə hələ də aydınlıq gəlməyən hücumçunun sahib olduğu ev 360 dərəcə mənzərəyə malikdir. 4 hamam, 4 yataq otağı olan 9-cu mərtəbənin 511 kvadrat metr sahəsi var. Buranın mansarında 1000 şərab şüşəsi yerləşir.

Qeyd edək ki, gələcək karyerası qeyri-müəyyən olan Messinin ABŞ klublarına keçmək variantı da istisna deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR