"Neftçi"nin baş məşqçisi 2 oyunluq diskvalifikasiya olunub

"Neftçi"nin baş məşqçisi 2 oyunluq diskvalifikasiya olunub
# 27 aprel 2021 14:49 (UTC +04:00)

Bakının “Neftçi” klubunun baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum bugünkü iclasında mütəxəssisin Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyunundan sonrakı hərəkətlərini müzakirə edib. Abasov oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, üstəlik mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə cəzaya layiq görülüb. O, 2 oyun diskvalifikasiya edilib. “Neftçi” 4000 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR