“Qalatasaray”ın sabiq futbolçusu vəfat edib

“Qalatasaray”ın sabiq futbolçusu vəfat edib
# 18 fevral 2020 13:20 (UTC +04:00)

Türkiyə millisinin sabiq futbolçu Mustafa Yücedağ vəfat edib.

Apasport.az saytının məlumatına görə, o, Hollandiyada olarkən ürək tutmasından ölüb.

54 yaşlı Yücedağın peşəkar futbolçu karyerası 1985-1995-ci illəri əhatə edir. 1990-1992-ci illərdə “Qalatasaray”ın, ardından bir il də “Fənərbaxça”nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində “Qalatasaray”da köməkçi məşqçi vəzifəsini də icra edib.

Mustafa Yücedağ 1988-1990-cı illərdə Türkiyə yığmasının heyətində 9 matçda meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR