"Sabah" – "Neftçi" oyununda mövsümün rekordu vurulub

"Sabah" – "Neftçi" oyununda mövsümün rekordu vurulub
# 26 aprel 2021 09:33 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında vərəqə sayında mövsümün rekordu qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, XXIV turun “Sabah” – “Neftçi” görüşündə ümumilikdə 23 vərəqə göstərilib.

Bu rekorda qarşılaşmanın hakimi Vüqar Həsənli imza atıb. O, dörd qırmızı və 19 sarı vərəqədən istifadə edib. Xəbərdarlıqlardan altısı sonradan qırmızıya çevrilib.

Həsənli meydan sahiblərini daha çox cəzalandırıb. “Sabah”ın üç futbolçusu ikinci sarı vərəqə üzündən qırmızı vərəqə alıbsa, daha üç oyunçusu da xəbərdarlığa layiq görülüb. Komandanın məşqçisi bir sarı və bir qırmızı vərəqə ilə, baş məşqçisi xəbərdarlıqla cəzalanıb.

“Neftçi”nin üzvləri isə 8 dəfə xəbərdarlıq görüb. Bakılıların 7 üzvü və baş məşqçisi cəzalanıb.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR