Sabiq "Fənərbaxça"lı koronavirusa yoluxub

Sabiq "Fənərbaxça"lı koronavirusa yoluxub
# 30 iyun 2020 10:08 (UTC +04:00)

"Monterrey" klubunun hücumçusu Vinsent Yanssen koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə instaqram səhifəsi vasitəsilə 26 yaşlı forvard özü məlumat yayıb.

Niderland millisinin üzvü koronavirus testinin müsbət nəticələndiyini və evdə müalicə olunduğunu söyləyib. Yanssen özünü yaxşı hiss etdiyini vurğulayıb: "Ən qısa müddətdə komanda yoldaşlarıma qoşulmaq istəyirəm".

Qeyd edək ki, 2016-2019-cu illərdə "Tottenhem"in şərəfini qoruyan Vinsent Yanssen 2017/18 mövsümünü icarə əsasında "Fənərbaxça"da keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR