“Tottenhem”də Joze Mourinyonun əvəzləyicisi bəlli olub

#
# 13:30
20 aprel 2021

İngiltərənin “Tottenhem” klubunun çalışdıracaq məşqçi bəlli olub.

Apasport.az saytının məlumatına görə, London təmsilçisinin baş məşqçisi vəzifəsini mövsümün sonunadək Rayan Meyson icra edəcək.

O, istefaya göndərilən Joze Mourinyonu əvəzləyib.

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Meyson 2008-16-cı illərdə futbolçu kimi komandanın şərəfini qoruyub. Amma bu dövrün böyük hissəsini icarə əsasında müxtəlif komandalarda keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR