Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu posta Abdullah Avçı gətirilib.
O, Eddi Nyutonun istefasından sonra boş qalan baş məşqçi vəzifəsinə təyin olunub. Bunadək “Beşiktaş” və “Başakşəhər”də çalışmış mütəxəssisin təyinatı yaxın müddətdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, bir müddət öncə “Antalyaspor”un də hədəfində olan Avçı bu klubla anlaşa bilməmişdi.
“Trabzonspor”un baş məşqçisi müəyyənləşib
05 noyabr 2020 23:30 (UTC +04:00)